“Bu gün çox sevindiricidir ki, Müzəffər Ali Baş Komandanın bilavasitə diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini ənənələrimiz də bərpa olunur. Məscidlər yalnız ibadət yerləri deyil, eyni zamanda torpaqların hansı xalqa və millətə mənsubluğunu bildirən dini abidələrdir. Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə yeni məscidlər inşa edilir, köhnələri bərpa olunur. Bu, Prezident İlham Əliyevin tarixi-dini abidələrimizə, milli kimliyimizə, mənəvi dəyərlərimizə yüksək diqqətinin daha bir göstəricisidir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov biıdirib.
Deputat bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri və Horovlu kəndinin açılışında iştirakına diqqət çəkib, eyni zamanda, Cəbrayıl rayonunun mərkəzində məscidin təməl qoyma mərasimində iştirakına toxunub?
“Prezident şəhər mərkəzində yeni binaların təməl qoyma mərasimində də iştirak etdi. Tezliklə bu binalarda da inşa işləri yekunlaşdırılaraq sakinlərimizin istifadəsinə veriləcək. Tezliklə bu ərazilərdə də həyat öz axarına qayıdacaq. Prezident İlham Əliyev Cəbrayıla səfər zamanı Şahvəlli kəndində “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməl qoyma mərasimində də iştirak etdi. Bu layihələr bölgənin dayanıqlı enerji ilə təchiz olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qarabağ və Şərqi Zəngəzur bölgənin, eləcə də dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”.